Azərbaycandan kapital axını yanvar-sentyabrda 44% artıb - AMB

16:27 15.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan kapital axınının həcmi 3 403,1 mln. ABŞ dollarına bərabər olub.

Hafta.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.

Qeyd olunub ki, kapital axını ötən ilin eyni dövrü ilə müqayisədə 43,9% artıb.

Hesabat dövründə tədiyə balansında birbaşa investisiyalar maddəsinin 2020-ci ilin 9 ayında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-509,7 mln. dollar) azalması cəlb olunmuş investisiya ilə (2 893,4 mln. dollar) kapitalın repatriasiyası (3 403,1 mln. dollar) arasındakı fərqdən formalaşıb.